Zığ dairəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Bakı, 18 yanvar, AZƏRTAC
Zığ dairəsinin yaxınlığında yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq yanvarın 18-də saat 22:00-dan etibarən səhər saatlarınadək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
İmişli rayonunda 43.5 kilometr uzunluğa malik yolların yenidən qurulması davam edir
Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında saziş imzalanıb
Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Yanvarda metallurgiya sənayesində 71,1 milyon manatlıq məhsul istehsal olunub