×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO

Davos, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə “The Goldman Sachs Group Inc.” şirkətinin Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının davam etdiyi qeyd olundu.
“The Goldman Sachs Group Inc.” şirkəti ABŞ-ın mənzil-qərargahı Nyu-Yorkda yerləşən beynəlxalq sərmayə bankı və maliyyə xidmətləri şirkətidir. Yetmişdən çox ölkədə fəaliyyət göstərən şirkətin gəlirləri 2021-ci ildə 59,4 milyard dollar, xalis mənfəəti isə 21,6 milyard dollar təşkil edib.

Rəsmi xronika 2023-01-18 10:40:00

Video