×
A
A
A
Sazlamalar

Hacıqabulda oğurluq edən şəxslər saxlanılıb

Hacıqabul, 18 yanvar , Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul Rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi təsərrüfatdan ümumilikdə 9 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Məmmədov və Orxan Həsənov saxlanılıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək, oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanları satdıqlarını və əldə etdikləri pulları öz aralarında böldüklərini bildiriblər.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

Regionlar 2023-01-18 09:18:00