×
A
A
A
Sazlamalar

Energetika Nazirliyi: Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etmiş azsaylı ölkələrdən biridir

Bakı, 17 yanvar, AZƏRTAC

Ötən il respublikada ümumi elektrik enerjisi istehsalı 28,9 milyard kilovat-saatdan çox olub. Elektrik enerjisinin ixracı 3 milyard kilovat-saat olduğu halda, cəmi 137,1 milyon kilovat-saat elektrik enerjisi idxal edilib. Elektrik enerjisinin idxalı qonşu ölkələrlə enerjisistemin paralel iş rejiminin təmin edilməsi məqsədilə həyata keçirilir.
Energetika Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etmiş azsaylı ölkələrdən biridir. Hazırda ölkə iqtisadiyyatının və əhalinin elektrik enerjisi ilə dayanıqlı və etibarlı təchizatı təmin olunmaqla yanaşı, ixrac potensialımız da kifayət qədər genişdir.
Həmçinin qeyd edilib ki, enerji mənbələrinin şaxələndirilməsi yolu ilə ölkənin enerji təhlükəsizliyinin daha da gücləndirilməsi və ekologiyanın, ətraf mühitin qorunması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə genişləndirilir. Bu isə öz növbəsində elektrik enerjisi ixracı potensialını da artıracaq.

 

Energetika 2023-01-17 21:44:00