×
A
A
A
Sazlamalar

Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0201040018 ISIN-li, 50 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 89,6127 manat (11,9950 faiz) və 96,3702 manat (7,9999 faiz) olan 26 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 94,1528 manat (9,27 faiz), orta ölçülmüş qiyməti isə 94,3533 manat (9,1536 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136 milyon 285 min 200 manat, yerləşdirilmiş həcmi isə 50 milyon manat təşkil edib. Hərrac iştirakçıları yanvarın 18-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
İstiqrazlar 2025-ci il yanvarın 14-də ödəniləcək. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

Maliyyə 2023-01-17 17:54:00