Gündə 5 badam yeməklə piyin yandırılması effektini artırmaq olar
Bakı, 17 yanvar, AZƏRTAC
Kalori defisiti olan pəhriz çəkinin azaldılması üçün ən populyar yanaşmalardan biridir, lakin bəzi qida əlavələri də faydalı ola bilər. Bəzi qoz növləri, misal üçün, onların mürəkkəb qidalanma profilinə görə maddələr mübadiləsini sürətləndirə bilər.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, yeni tədqiqatın göstərdiyinə görə, gündə cəmi 5 badamın qəbul edilməsi qanda faydalı yağların səviyyəsini artıraraq, çəkinin azaldılmasında kömək edə bilər.
Gündəlik badam qəlyanaltıları fiziki məşğələlərin piyyandırma effektini gücləndirə bilər. Tədqiqat göstərib ki, cəmi 57 qram qoz qəbul edən iştirakçılarda məşqdən sonra qanda daha çox faydalı piy müşahidə olunub. Bundan əlavə, gündəlik badam istehlakı maddələr mübadiləsini dəyişdirir, iltihabı və stressi azaldır.
Badamın tərkibində stressdən sonra metabolik bərpanı dəstəkləyə bilən qida maddələri və polifenolların unikal və mürəkkəb qarışığı var.
Çərəzlərin istehlakı zamanı əməl olunması vacib qaydalar
Bədəndə olan bioloji aktiv nöqtələrə təsir etməklə müalicə üsulu - akupresura
Novruz süfrəsindəki təamlardan dadarkən daha çox bunlara diqqət yetirilməlidir...
Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər