×
A
A
A
Sazlamalar

Çantasını parkda unudan vətəndaş polisin yardımı ilə onu tapıb

Bakı, 17 yanvar, AZƏRTAC

Sabunçu rayonunda qadın içərisində xeyli pul olan əl çantasını parkda unudub. Lakin paytaxtın Bakıxanov qəsəbəsindəki mərkəzi parkda sahibsiz qalan çantanı aşkarlayan rayon polis idarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Asif Məlikov onu aktla xidmət etdiyi polis idarəsinə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çantada 530 türk lirəsi, 200 ABŞ dolları, 7 manat, bundan əlavə, müxtəlif banklara məxsus ödəniş kartları və şəxsiyyət vəsiqəsi olub. Araşdırma zamanı məlum olub ki, çantasını itirən şəxs Hədiyyə Cəfərovadır.
Polis idarəsinə dəvət olunan H.Cəfərovaya əşyaları təhvil verilib. O, polis əməkdaşlarına, xüsusən polis polkovnik-leytenantı Asif Məlikova çantanı tapdıqlarına
görə minnətdarlığını bildirib.

Hadisə 2023-01-17 14:53:00