×
A
A
A
Sazlamalar

Ötən il 180-ə yaxın yataq sahəsinə baxış keçirilib

Bakı, 17 yanvar, AZƏRTAC

Ötən il ölkə ərazisində 180-ə yaxın yataq sahəsinə baxış keçirilib. Ümumilikdə Dövlət Mineral Xammal Agentliyinin fəaliyyəti dövründə isə 800-ə yaxın yataq sahəsində monitorinq işləri aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Mineral Xammal Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov yanvarın 17-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il ərzində aşkar edilmiş nöqsanların aradan qaldırılması, həmçinin hüquqi qiymətin verilməsi məqsədilə 131 iş hüquq-mühafizə orqanlarına göndərilib.

Ekologiya 2023-01-17 12:11:00