×
A
A
A
Sazlamalar

Ötən il 97 müəssisənin fəaliyyəti ləğv edilib

Bakı, 17 yanvar, AZƏRTAC
Ölkə ərazisində 134 qum-çınqıl yatağı mövcuddur. Əsasən şimal bölgəsində - Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov yanvarın 17-də keçirilən mətbuat konfransında deyib.
E.Məcidov bildirib ki, agentliyin fəaliyyəti dövründə İmişli, Quba, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Lənkəran ərazisindən keçən çay yataqlarında 97 müəssisənin fəaliyyəti ləğv edilib. Bunlardan 49-u Quba, 21-i İmişli, 9-u Tərtər rayonu ərazisindəki müəssisələrdir: "Ümumilikdə respublika üzdə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir. Bunlardan 46-na agentlik tərəfindən 2021-2022-ci illərdə hərrac vasitəsilə icazə sənədi verilib. Hərracda qalib olanlardan 10-u Quba və Qusar rayonları üzrə istismar işləri aparır".

Ekologiya 2023-01-17 11:35:00