×
A
A
A
Sazlamalar

MDU-da növbəti “Açıq qapı” günü keçiriləcək

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 18-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində rektor Şahin Bayramovun iştirakı ilə hibrid formatda “Açıq qapı” günü keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə MDU-nun tələbələri, magistrantlar və valideynlər iştirak edə bilərlər.
Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət etməlidirlər.
Qeyd edək ki, imtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri həftədə bir dəfə hibrid formada təşkil olunur.

 

Regionlar 2023-01-17 11:34:28