×
A
A
A
Sazlamalar

“Azəriqaz”ın əməkdaşları Masallıda sahibkarlarla görüşəcək

Bakı, 17 yanvar, AZƏRTAC

“Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Masallı rayonunda görüşü təşkil olunacaq.
İstehsalat Birliyidən AZƏRTAC-a bildirilib ki, görüş Heydər Əliyev Mərkəzində baş tutacaq. Səyyar qəbul otağı yanvarın 18-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.
Təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Regionlar 2023-01-17 10:14:17