×
A
A
A
Sazlamalar

Ötən il Qəbələdə 14,3 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Qəbələ, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Ötən il Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 115 milyon 284,8 min manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 10 milyon 881,9 min manat və ya 10,4 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 13,4 faizi dövlət, 86,6 faizi qeyri-dövlət sektorunun payına düşür. Hesabat dövründə rayonda 14 milyon 301 min manatlıq sənaye məhsulu ixrac edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.
Bildirilib ki, Qəbələ rayonunun sənayesi əsasən, mədənçıxarma, emal, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, tullantıların təmizlənməsi və emalı, su təchizatı sahələrini əhatə edir. İstehsal olunan sənaye məhsulunun 81,3 faizi emal sektorunun payına düşüb. İl ərzində emal sektorunda 93 milyon 752,8 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 9 faiz çoxdur.

Regionlar 2023-01-16 18:09:26