×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatı məhsulları ixracının həcmi dəyər ifadəsində 3,2 faiz artıb

Bakı, 16 yanvar, AZƏRTAC

2022-ci ildə Azərbaycandan xarici ölkələrə 1 milyard 140 milyon 865 min ABŞ dolları həcmində kənd təsərrüfatı və emalı məhsulları ixrac edilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3,2 faiz artıb.

Kənd təsərrüfatı 2023-01-16 17:41:26