×
A
A
A
Sazlamalar

Qobustan rayonunda zəlzələ baş verib

Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Qobustan seysmoloji stansiyasından 13 kilometr şimal-qərbdə - Qobustan rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 16:09-da qeydə alınan zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3.1-ə bərabər olan zəlzələ hiss olunmayıb.

Ekologiya 2023-01-16 16:57:00