×
A
A
A
Sazlamalar

Gəncədə yük maşını piyadanı vuraraq öldürüb

Gəncə, 16 yanvar, AZƏRTAC

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "KamAZ" markalı yük maşını yolu qarşı tərəfə keçmək istəyən 1980-ci il təvəllüdlü Mahir Yusubovu vurub.
Piyada xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2023-01-16 15:07:45