×
A
A
A
Sazlamalar

Ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşımalar 90 faiz artıb

Bakı, 16 yanvar, AZƏRTAC

2022-ci ildə yükdaşıma həcminin artımı ilə bağlı tranzit daşımaları 2,9 milyon ton artaraq 7,5 milyon ton, ümumi daşıma 3,7 milyon ton artaraq 18,7 milyon ton təşkil edib.
AZƏRTAC “Azərbaycan Dəmir Yolları”na QSC (AYD) istinadla xəbər verir ki, yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunub. Tranzit daşımaları sahəsində regionun aparıcı tərəfdaşına çevrilməyi qarşısına hədəf qoyan ADY 2022-ci ildə bu sahədə dönüş nöqtəsi yarada bilib. Belə ki, 2021-ci illə müqayisədə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2 milyon ton artaraq 2,9 milyon ton olub. Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşımalarda 90 faiz artım qeydə alınıb. Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41 faiz təşkil edib.

Nəqliyyat 2023-01-16 14:51:00