×
A
A
A
Sazlamalar

Anomal soyuqlar səbəbindən İssık-Kul gölü donub

Bakı, 16 yanvar, AZƏRTAC

Qırğızıstanın şimalında yerləşən İssık-Kul gölü anomal soyuqlar nəticəsində donub.
AZƏRTAC “Xabar 24” saytına istinadla bildirir ki, temperatur mənfi 30 dərəcəyədək aşağı düşüb.
Yerli sakinlər bu hadisədən narahatdırlar. Çünki adətən İssık-Kul buz bağlamır. Sututarın adının tərcüməsinin “qaynar göl” mənasını verməsi təsadüfi deyil. Bu, gölə axıb tökülən çaylardan toplanan isti ehtiyatı ilə bağlıdır. Qeyd edək ki, İssık-Kul planetin ən dərin gölləri sırasında yeddinci yeri tutur.

Ekologiya 2023-01-16 13:04:00