×
A
A
A
Sazlamalar

Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması üzrə tikinti işlərinin 48 faizi icra olunub

Bakı, 16 yanvar, AZƏRTAC

Ötən il yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində 363 kilometr uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilib və tikinti işlərinin 48 faizi icra olunub.
AZƏRTAC "Azərbaycan Dəmir Yolları"na QSC (AYD) istinadla xəbər verir ki, layihənin tamamlanması gələcəkdə bu istiqamətdə daha çox yükün sürətlə və təhlükəsiz daşınmasına geniş imkanlar yaradacaq. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının və infrastrukturunun tikintisi işləri də qrafik üzrə davam etdirilib.

Nəqliyyat 2023-01-16 12:39:00