×
A
A
A
Sazlamalar

DİN: Həftəsonu ölkə ərazisində qeydə alınan 130 cinayətin üstü açılıb

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 14-də və 15-də ölkə ərazisində qeydə alınan 122, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarılan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.

Hadisə 2023-01-16 11:20:00