Nardaranda “BakıKart” ödəmə terminalı quraşdırılıb
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-dan 189 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların “BakuBus” MMC-yə məxsus avtobuslarla yerinə yetiriləcəyini nəzərə alaraq, Nardaran sakinlərinin rahatlığı üçün qəsəbədə “BakıKart” ödəmə terminalı qoyulub.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, terminal marşrut xətti üzrə avtobusların son dayanacağı - Ziyarətgah adlanan ərazidə quraşdırılıb.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb