×
A
A
A
Sazlamalar

Ötən iki gündə 30 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Bakı, 16 yanvar, AZƏRTAC

Polis əməkdaşlarının yanvarın 14-də və 15-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 29,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 8,5 kiloqramdan artıq heroin, 21,2 kiloqramdan çox marixuana, 20 qram tiryək və 1 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik psixotrop maddə olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Hadisə 2023-01-16 10:43:00