Yanvarın 14-də Azərbaycanda COVID-19 əleyhinə 594 doza vaksin vurulub
Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 594 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 279, ikinci doza vaksinlərin sayı 141, üç və daha çox doza vaksinlərin sayı 148, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 26-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 937 min 485, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 399 min 953, ikinci mərhələ üzrə 4 milyon 876 min 254, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 360, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 918-dir.
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb
Yetkinlik yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır
Donorluğa nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək