Əcnəbi vətəndaşın bank kartından pul oğurlanıb
Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 11-də bir əcnəbi vətəndaşın bank kartını itirməsi və hesabından 358 manatının çıxarılaraq oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zəngilan rayon sakini Hafiz Tağıyev və Bakı şəhər sakini Məhəmməd İlyasov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib