×
A
A
A
Sazlamalar

Ötən gün 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Bakı, 14 yanvar, AZƏRTAC

Polis əməkdaşlarının yanvarın 13-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 12 kiloqram 73 qramı heroin, 11 kiloqram 29 qramı marixuana, 740 qramı tiryək, 100 qramdan artığı isə metamfetam olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

 

Hadisə 2023-01-14 10:53:00