Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 13 yanvar, AZƏRTAC
Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, bu gün axşam saat 18 radələrində Mingəçevir şəhəri Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. “QAZ-3110” markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib