×
A
A
A
Sazlamalar

“Wizz Air” ölkəmizə və region üzərindən uçuşların artırılmasında maraqlıdır

Bakı, 13 yanvar, AZƏRTAC

Macarıstanın “Wizz Air” şirkətinin icraçı vitse-prezidenti Ovein Jonsun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla “Wizz Air” şirkəti arasında aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda, Bakı və regionlardakı hava limanlarına şirkət tərəfindən uçuşların sayının artırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.
Qonaqlara ölkəmizdə aviasiya sahəsində həyata keçirilən işlər haqqında ətraflı məlumat verilib.
“Wizz Air” şirkətinin icraçı vitse-prezidenti Ovein Jons ölkəmizə və region üzərindən uçuşların artırılmasında maraqlı olduqlarını bildirib.
Görüşdə Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torman da iştirak edib.

Nəqliyyat 2023-01-13 12:48:00