×
A
A
A
Sazlamalar

Ötən gün 28 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakı, 13 yanvar, AZƏRTAC

Polis əməkdaşlarının yanvarın 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqramdan çox olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 11 kiloqram 825 qramı heroin, 15 kiloqram 790 qramı marixuana, 43 qramı tiryək, 511 qramdan artıq istə metamfetam olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Hadisə 2023-01-13 11:11:00