×
A
A
A
Sazlamalar

Keçən il 186 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib

Bakı, 13 yanvar, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 2022-ci il üzrə yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş, gücü artırılan və enerjitəchizat sxemini dəyişən 186 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı təqdim edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 528 razılaşdırılan layihəyə əsasən tikintisi başa çatdırılan sənaye qaz qurğularının istismarına icazə verilib.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 80 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 140 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

Energetika 2023-01-13 04:14:00