FIFA-dan 2022-ci ilin ən yaxşı məşqçisi adına namizədlər
Bakı, 12 yanvar, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci ilin ən yaxşı baş məşqçisi mükafatına namizədləri açıqlayıb.
AZƏRTAC bu barədə qurumun rəsmi saytına istinadla xəbər verir.
Siyahıya Avropa Çempionlar Liqasının hazırkı qalibi “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti, həmçinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalının iştirakçılarının mentorları, Argentina və Fransa milli komandalarından müvafiq olaraq Lionel Skaloni və Didye Deşam daxildir. Mükafata namizədlər arasında eyni zamanda İngiltərənin “Mançester Siti” klubundan Xosep Qvardiola, Mərakeş yığmasından Valid Reqragi yer alıb.
Qeyd edək ki, “The Best” mükafatı 2023-cü il fevralın 27-də təqdim ediləcək.
Adı dəyişdirilən basketbol klubu Xaçmazı təmsil edəcək
Premyer Liqa: VIII turun hakim təyinatları açıqlanıb
Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimi keçiriləcək
Azərbaycan millisinin Karate1 turniri üçün heyəti açıqlanıb
“Gəncə” klubunun yeni baş məşqçisi: Bu şəhərə layiq komanda quracağıq