×
A
A
A
Sazlamalar

Azərbaycan Yüksək Liqası: “Murov” klubu MOİK-ə qalib gəlib

Bakı, 12 yanvar, AZƏRTAC

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında cari ilin ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan görüşdə MOİK və “Murov” üz-üzə gəlib. İkinci tur çərçivəsində təşkil olunan qarşılaşmanın ilk setini 25:15 hesablı üstünlüklə bitirən baş məşqçi Fərid Cəlalovun yetirmələri ikinci hissəni 14 top fərqi ilə qazanıblar. “Murov” üçüncü setdə 25:17 hesabı ilə qalib gələrək rəqibini 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 6-ya çatdıran “Murov” turnir cədvəlində ilk pilləyə yüksəlib. Üç xalla “Xarı bülbül” turnir cədvəlində ikinci, xal qazanmayan “Neftçi” və MOİK komandaları isə 3-4-cü pillələri tuturlar.

İdman 2023-01-12 18:54:00