×
A
A
A
Sazlamalar

Ötən il elektrik enerjisindən istifadənin araşdırılması məqsədilə 801 nəzarət tədbiri görülüb

Bakı, 12 yanvar, AZƏRTAC

Ötən il Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 801 nəzarət tədbiri aparıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 629 nəzarət tədbiri görülüb.

Nəqliyyat 2023-01-12 17:37:00