Qarlı hava meşə əkinlərinə müsbət təsir göstərib
Bakı, 12 yanvar, AZƏRTAC
Son günlər ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti yeni əkilmiş meşə əkinlərinə və səpinlərinə öz müsbət təsirini göstərib. Belə ki, yağıntılar bölgələrdə, xüsusilə dəmyə şəraitində əkilmiş meşə əkinlərinin kifayət qədər sulanmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.
Mütəxəssisin sözlərinə görə, qar təbii örtük olaraq yeni əkilmiş ağac tinglərinin kök sistemlərini şaxtalı havanın təsirindən qoruyur və ağacların yaz aylarında başlayacaq bioloji inkişaf dövrü üçün ehtiyat su mənbəyini təşkil edir: “Qış aylarının yağıntılı keçməsi ilin digər mövsümlərində də bitkilərin normal inkişafı üçün kifayət qədər su ehtiyatının toplanmasını təmin edən ən vacib amillərdən biridir”.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb