Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi beynəlxalq oyuna təyinat alıb
Bakı, 12 yanvar, AZƏRTAC
Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa idarə təşkilatı komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
AZƏRTAC AVF-ə istinadla xəbər verir ki, həmyerlimiz Belqradda qadın voleybolçular arasında Çempionlar Liqasının C qrupu çərçivəsində keçiriləcək “Srvena Zvezda” (Serbiya) – “Potsdam” (Almaniya) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Bu gün Belqradın “Vojdovas” İdman Mərkəzində keçiriləcək qarşılaşmanın hakimləri makedoniyalı Sanja Simonovska və yunanıstanlı Vasileios Vasileiadis olacaqlar.
Azərbaycan millisi Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək
Yunan-Roma güləşçilərimiz Avropa çempionatına Gürcüstanda hazırlaşırlar
“Turan Tovuz” futbol klubu Şəhriyar Əliyevlə müqaviləni yeniləyib
İki karateçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb