×
A
A
A
Sazlamalar

Formula 1 Azərbaycan Qran-Prisinə 60 ölkədə biletlər alınıb

Bakı, 12 yanvar, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisinə Avropa, Asiya və Şimali Amerika ölkələrində maraq olduqca yüksəkdir.
Bu barədə AZƏRTAC-a yarışın təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, 1 ay ərzində 60 ölkədə Azərbaycan Qran-Prisinə biletlər alınıb və proses davam edir. Bilet alanlar arasında Niderland, Böyük Britaniya, Türkiyə, Qazaxıstan, Hindistan, ABŞ və Meksika kimi ölkələrin azarkeşləri üstünlük təşkil edirlər.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

İdman 2023-01-12 15:05:00