“Neftçi” futbolçusu Yusuf Lavalı satmağa hazırlaşır
Bakı, 12 yanvar, AZƏRTAC
Bakının “Neftçi” klubu futbolçusu Yusuf Lavalı satmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, artıq Bakı təmsilçisi Portuqaliyanın “Arauko” klubu ilə Lavalın satışı ilə bağlı rəsmi danışıqlara başlayıb.
Nigeriyalı yarımmüdafiəçi komandanın Antalyadakı düşərgəsindən ayrılaraq Bakıya dönüb. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək.
Y.Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi müqavilə imzalanacaq.
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar viza rejimi sadələşdiriləcək - SƏRƏNCAM
“Qalatasaray” klubu “Qarabağ”ın yarımmüdafiəçisi ilə maraqlanır
Güləş üzrə milli komandalarımızın Avropa çempionatı üçün heyətləri açıqlanıb
Antalyada “Böyük dəbilqə” turnirdə ölkəmizi 17 cüdoçu təmsil edəcək
Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə fransalı həmkarı ilə görüşüb