×
A
A
A
Sazlamalar

Vətəndaşlardan qanunsuz saxladıqları 12 ov tüfəngi götürülüb

Bakı, 12 yanvar, AZƏRTAC

Polis əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 11-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Hadisə 2023-01-12 12:15:00