Gəncə sakinlərindən silah və narkotik götürülüb
Gəncə, 12 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri Fərid Əhmədov və Həsən Layıcov şəhər ərazisində saxlanılaraq, polis şöbəsinə gətiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onların üzərindən metamfetamin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində F.Əhmədovun şəhər ərazisindəki evinə baxış keçirilib. Baxış zamanı orada gizlədilmiş 1 ədəd “Naqan” tipli tapança və həmin tapançaya aid 6 patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib