Abşeron rayonunda binada baş vermiş yanğın nəticəsində 20 nəfər təxliyə edilib
Bakı, 11 yanvar, AZƏRTAC
Xəbər verildiyi kimi, Abşeron rayonunun Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 750 kvadratmetr olan təsərrüfat malları saxlanılan anbarın yanar konstruksiyaları 230 kvadratmetr sahədə, ümumi sahəsi 830 kvadratmetr olan ondulindən ibarət dam örtüyü və taxta atmaları 600m² sahədə yanıb, yanğının mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib. Anbarın və dam örtüyünün qalan hissəsi, eləcə də mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib