×
A
A
A
Sazlamalar

“Bakı KOB evi”ndə AERA tərəfindən xidmətlərin göstərilməsinə başlanılıb

Bakı, 11 yanvar, AZƏRTAC

“Bakı KOB evi”ndə (Kiçik və orta biznes evi) Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən xidmətlərin göstərilməsinə başlanılıb.
AERA-dan AZƏRTAC-a bildirilib ki, sözügedən xidmətlərə gücü 150 kilovatdan yuxarı elektrik qurğularının istismara buraxılış aktının və sənaye qaz qurğularının istismarına icazə verilməsi daxildir.

 

Energetika 2023-01-11 17:36:00