Altıağac Milli Parkında yeni ekoloji marşrut üzrə xizək sürülüb
Bakı, 11 yanvar, AZƏRTAC
Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac Milli Parkında Dünya Qoruqlar və Milli Parklar Günü qarlı havada maraqlı və əyləncəli tədbirlərlə qeyd edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu gün milli parka gələn ziyarətçilər burada fəaliyyət göstərən ekoturizm marşrutlarından olan və qışın əyləncəli idman növü sayılan xizəksürmə üçün ayrılan yeni “Altıağac marşrutu” boyunca xizəklə sürüşüb, qar mənzərəsindən zövq alaraq əsl qış sevinci yaşayıblar.
Qeyd edək ki, Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar bu gün Altıağac Milli Parkında “Açıq qapı” günü keçirilir.
Dünən meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib
Martın 29-da atmosfer havasının keyfiyyəti necə olub?
Avropa İttifaqında mühüm ekoloji qanun ratifikasiya edilib
İşlənmiş batareyaların toplanması məntəqələrinin sayı artırılır
Tovuz, Göygöl və Qəbələdə ümumilikdə 5 mindən çox ağac əkilib