×
A
A
A
Sazlamalar

Türkiyənin nəqliyyat vasitəsi ixrac etdiyi ölkələr sırasında Azərbaycan ilk onluqdadır

Bakı, 11 yanvar, AZƏRTAC

Ötən il Türkiyə Azərbaycana 47 milyon 666 min dollar dəyərində müxtəlif həcmli avtobus ixrac edib.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin nəqliyyat vasitəsi ixrac etdiyi ölkələr sırasında Azərbaycan ilk onluqdadır. Ən çox ixrac edilən 10 ölkədən 8-i Avropa ölkəsidir. Belə ki, ötən il ən çox avtobus ixrac edilən ölkə Fransa olub. Bu ölkəyə 308 milyon 941 min dollarlıq məhsul ixrac edilib.
Qeyd edək ki, Türkiyənin Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin statistikasına görə, Türkiyə ötən il 1 milyard 469 milyon 272 min ABŞ dollarlıq avtobus ixrac edib. Bu da 2021-ci illə müqayisədə 16,1 faiz artım deməkdir. İxracatçılar Birliyi hesabat dövründə 83 ölkəyə nəqliyyat vasitəsi göndərib.

Nəqliyyat 2023-01-11 17:01:00