×
A
A
A
Sazlamalar

Mütəxəssis: Qripə təkrarən yoluxma halı varsa, peyvənd olunmaq tövsiyə edilir

Bakı, 11 yanvar, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı hər il qrip peyvəndinin tərkibini demək olar ki, dəyişir. Növbəti peyvənd ən axırıncı ştama uyğun olaraq hazırlanır. Həmin peyvənd bütün dünyada, o cümlədən ölkəmizdə də istifadə olunur. Hər hansı bir şəxsdə qripə təkrarlanan yoluxma halı varsa, ildə bir neçə dəfə həmin virusa yoluxursa, o cümlədən yüksək risk qrupuna aid olanlara qrip əleyhinə peyvənd vurdurmaları şiddətlə tövsiyə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin instaqram səhifəsində “Həkim məsləhəti olmadan edilən yanlış müalicələr” mövzusunda canlı yayım zamanı deyib.
O bildirib ki, qrip əleyhinə vaksinasiyadan ölkəmizdə sahə polikinikalarında keçmək mümkündür: “Vətəndaşlara bildirmək istəyirəm ki, qorxmasınlar, həmin peyvəndlər təsdiqlənmiş vaksinlər olduğundan hər hansı bir təhlükə kəsb eləmir. Həkimlər də qrip əleyhinə vaksinasiyadan keçirlər”.

Səhiyyə 2023-01-11 16:35:00