Abşeron Milli Parkına fototur təşkil olunub
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar olaraq Abşeron Milli Parkında Azərbaycan Fotoqraflar Birliyinin üzvləri üçün “Şah Dili fotoyaddaşda” fototuru təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, peşəkar fotoqraflardan ibarət qrup Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan milli parkın füsunkar təbiətini, sahilboyu ərazidə məskunlaşmış quşları müşahidə edib, fotokameralar ilə zərif flaminqoların və digər quşların ecazkar görüntülərini, eləcə də yarımadanın cənub-şərq nöqtəsini Xəzərlə birləşdirən Şah Dilini lentə alıblar.
Fotoqraflara milli parkın ərazisi, flora və faunası haqqında, quşların miqrasiya mövsümü barədə məlumatlar verilib. Fototur Şah Dili gəzintisi ilə başa çatıb.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 621 santimetrə bərabər olub
Novruz bayramında Abşeron Milli Parkında bir gün
Sabah ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir
Vahid Kirişçi: Azərbaycanla münasibətlərimiz bir çox ölkəyə örnək olacaq səviyyədə inkişaf edəcək
Azərbaycanla BMqT arasında qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində fikir mübadiləsi aparılıb