×
A
A
A
Sazlamalar

Bakı hava limanında uçuşlar cədvələ uyğun olaraq həyata keçirilir

Bakı, 11 yanvar, AZƏRTAC

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir, uçuşlar cədvələ uyğun olaraq həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, hava limanında uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi olaraq bütün zəruri işlər aparılır. Hava gəmilərinə və sərnişinlərə xidmət də qrafik üzrə həyata keçirilir.

Nəqliyyat 2023-01-11 13:58:00