FHN: Abşeron rayonunda binadakı yanğın qısa müddətdə məhdudlaşdırılıb VİDEO
Bakı, 11 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonunun Məmmədli kəndindəki yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib