×
A
A
A
Sazlamalar

Binada köməksiz vəziyyətdə qalmış üç nəfər xilas olunub

Bakı, 11 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onaltımərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə qapının kilidinin sınması nəticəsində ikisi azyaşlı olmaqla üç vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyənləşdirilib.
Xilasedicilər əməliyyat şəraitinə uyğun xüsusi alpinist vasitələrindən istifadə etməklə mənzilə eyvandan daxil olub qapını açaraq, vətəndaşları köməksiz vəziyyətdən xilas ediblər.

Hadisə 2023-01-11 10:46:00