×
A
A
A
Sazlamalar

Zəfər yolunda gecə boyu hərəkətin təhlükəsizliyi üçün tədbirlər davam etdirilib

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika ərazisində mövcud hava şəraiti ilə bağlı əsas avtomobil yollarındakı vəziyyəti açıqlayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Zəfər yolunda gecə boyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər davam etdirilib.
Yolun hərəkət hissəsi qardan təmizlənib, duz-qum qarışığı səpilib.

 

Nəqliyyat 2023-01-11 10:42:00