Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Bakı, 11 yanvar, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu xidmət rəsmisi Bəhruz Məhəmmədov deyib.
Bildirib ki, araşdırma zamanı brakonyerin Sumqayıt şəhər sakini Ruslan Xələfov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Keçirilən nəzarət tədbirləri zamanı, həmçinin Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasından, Ağstafaçay, Qarqarçay çaylarından və Yuxarı Qarabağ kanalından ümumilikdə 186 metr uzunluğunda sintetik tor yığışdırılıb”, - deyə B.Məhəmmədov əlavə edib.
B.Məhəmmədov bildirib ki, ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Neftçala rayon sakini Aydın Əzizov, Qobustan rayon sakini İqbal Xocaməmmədov, Naftalan şəhər sakinləri Nicat Əliyev və Elsevər Bədəlov saxlanılıblar. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Hava proqnozu: paytaxtda 19, bölgələrdə 22 dərəcə isti olacaq
Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi "Dostluq Meşəsi"ndə 63 mindən çox ağac əkib
Bu il Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 33 min ağac əkiləcək
Ekspertlər: İstixana qazları tullantılarını azaltmağın bir sıra səmərəli üsulları mövcuddur