Siyəzəndə avtobus aşıb
Bakı, 11 yanvar, AZƏRTAC
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Qubadan Bakı istiqamətində hərəkətdə olan "Hyundai" markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobus yolun buz bağlaması səbəbindən aşıb. Belə ki, qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırıb. Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və aşıb.
Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb