×
A
A
A
Sazlamalar

Yanvarın 10-da Azərbaycanda COVID-19 əleyhinə 459 doza vaksin vurulub

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 459 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 246, ikinci doza vaksinlərin sayı 59, üç və daha çox doza vaksinlərin sayı 127, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 27-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 935 min 633, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 398 min 874, ikinci mərhələ üzrə 4 milyon 876 min 5, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 938, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 816-dır.

Səhiyyə 2023-01-10 17:55:00